Ikisindən birini seç…
Ən xoş günlərimizdə bir-birimizə ailə xoşbəxtliyi, ailə səadəti arzulayırıq. Çünki ailə müqəddəsdir, ailə, övlad sahibi olmaq isə yaşanan ən ülvi hissdir.
Kariyera, iş. – Yaşamaq üçün lazımlı olan maddiyyatı əldə etmək üçün insan çalışır, işləyir vəsait əldə edir. Işləyə-işləyə kariyera qurulur. Belə ki, ilk olaraq ali təhsil alarkən elə kariyera qurmağı fikirləşirsən. Özünəuyğun iş tapırsan, yenə də fikrində kariyera qurmaq olur, bacardığın qədər çalışırsan, hətta evdə olanda da, yatanda belə başqa yollar axtararaq işində irəli getmək istəyirsən, və beləliklə də müəyyən zaman keçəndən sonra iş sahəsində bir xeyli irəli getdiyinin şahidi olursan, bu insana ruh verir. Amma yaşa dolduqca məsələn, universiteti bitirirsən və sənə lazım olan daha çox şeyi əldə etmək üçün əlavə pul lazımın olur, yaxud ailə qurursan, onun ehtiyaclarını ödəmək üçün yenə həmin hal, daha çox gəlir əldə etməyi düşünürsən, demək olar ki, artıq kariyera düşünmürsən, fikirləşirsən ki, görəsən nə vaxt məvacibin qalxacaq.
Əksər vaxtlarda şahidi oluram müxtəlif televiziya verlişlərində, demək olar ki əksər internet forumlarda: “Ailə, yoxsa kariyera?” bu sual ətrafında müzakirələr gedir, demək olar hər zaman da aktual mövzular sırasındadır, hərə bir cür qəbul edir, xüsusən də xanımın çalışmasını qəbul edənlər də olur, etməyənlər də, düzü etməyənləri başa düşmürəm.
Bu sual ətrafında çox düşünmüşəm, amma sonra qərara gəldim ki, bu sual ətrafında düşünməyə dəyməz. Yuxarıda da qeyd etdiyim kimi ailə ehtiyaclarının öhtəsindən gəlmək üçün müəyyən məbləğdə maddiyat lazımdır, bunu necə əldə etmək olar təbii ki, çalışıb işləmək yolu ilə. Fərqi yoxdur hansı sahədə (kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papqçılıqdan-N.G ) əsas odur ki, işləyirsən və beləcə yığılan əmək stajı kariyeranı yaradır. Necə ola bilərki, insanı bu iki məhfum arasında seçimə məcbur etsinlər. Gələcəkdə başına hansı hadisələrin gəlməsindən bixəbər ola-ola işindən azad ola bilərsən, sonradan bunun peşmançılığını da çəkə bilərsən. Allah heç kəsi atdığı addımda peşman etməsin. Demək olar ki, bu sual əksər vaxtlarda qadınlara yönəlir. Bir qadını bu cür seçim qarşısında qoymaq nə dərəcədə doğru fikirdir. Desəm ki bu köhnəlik tərəfdarlarının fikirləridir, dar düşüncədən irəli gəlir, düz çıxmaz bu cür düşünənlər ali təhsilli, savadlı, yüksək ixtisaslı, intellektli insanların düşüncələrində irəli gəlir.









